Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda "Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq" adlı tədbir keçirilmişdir - FOTO 0

Tarix: 06-04-2023 23:46     Baxış: 1 654

Goranboy rayon İcra Hakimiyyəti və  Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun birgə  təşkilatçılığı ilə

 "Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq" adlı tədbir keçirilmişdir.

Keçirilən tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri Xəyal Mammadov, rayonun kənd və qəsəbələrində fəaliyyət göstərən tam orta məktəblərin rəhbərləri və ictimaiyyətçilər iştrak etmişdir.

Tədbir iştrakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış xalqın müdrik oğlu Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdilər.

Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən foto-sərgiyə baxış keçirilmişdir.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov bildirmişdir. 2023-cü il Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq, dövlət başçımızın müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir.

Ulu Öndər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmışdır. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.

Məhz əbədiyaşar liderin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan müstəqilliyinin ilk illərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuşdur. Vətəninə və xalqına, milli dəyərlərə və ənənələrə sıx bağlı olan dahi şəxsiyyət dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşmış və milli mənafeləri hər şeydən üstün tutmuşdur. Qarşılaşdığı ciddi həyati təhlükələrə və təhdidlərə baxmayaraq, Ulu Öndər ən ağır və çətin günlərdə daim xalqın yanında olmuş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda böyük cəsarət və fədakarlıq nümayiş etdirmişdir deyə S. Nazarov bildirmişdir.

Təhsil Sektorunun müdiri Xəyal Məmmədov çıxış edərək bildirmişdir. 1960-cı illərin sonlarından başlayaraq elmimizin və təhsilimizin təşəkkülü və inkişafı milli və dövlətçilik tariximizin ən görkəmli siması, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev ulu öndərin məqsədyönlü milli dövlətçilik, müstəqillik, elm, təhsil, mədəniyyət və iqtisadi siyasətini uğurla davam etdirir, elm adamlarına daim həssaslıqla yanaşır. Prezident İlham Əliyev elm, təhsil və mədəniyyətin, alim və müəllimlərin böyük himayədarı olmuş ulu öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirməkdə israrlıdır.

Bugünkü inkişaf edən müstəqil Azərbaycan dövlətinin elm siyasətinin əsasını ulu öndər 52 il bundan öncə ölkəyə rəhbərlik etməyə başlayarkən qoymuş, respublikada elmin bütün sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin əsas istiqamətlərindən biri elan etmişdi deyə X. Məmmədov bildirmişdir.

Çıxış edən Eyvazlılar kənd ümumi orta məktəbinin direktoru Göyüş Nagıyev bildirmişdir. 

Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və inadkarlıqla çalışdığını və əhalinin  rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı  diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi yüksək nailiyyətlər onun SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən  biri kimi fəaliyyət göstərməsinə  zəmin yaratdı. Bu fəaliyyəti dövründə Heydər Əliyevin çox geniş əhatəli çətin problemləri və irimiqyaslı layihələri (Baykal - Amur Magistralı və s.)  yüksək səviyyədə həll etmək bacarığını əyani olaraq göstərdi və dövrünün ən nüfuzlu dünya siyasətçiləri ilə bir sırada durmasını təmin etdi.

Tədbirdə çıxış edən Goranboy Şəhər 2 nömrəli tam orta məktəbinin tarix müəllimi Qasımova İlhamə bildirmişdir. Müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq güclənmişdir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoymuşdur deyə İ. Qasımova bildirmişdir.

Mədəniyyət işçisi, İctimai-fəal Elçin Tağıyev çıxış edərək bildirmişdir. 

Bu gün biz bu izləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə aydın görürük. Eyni zamanda, bu izlər dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni geosiyasi reallıqlar yaradan Azərbaycanın yazmaqda davam etdiyi şanlı tarixinin bütün müasir səhifələrində də öz təsdiqini tapır. 

Əminik ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi bundan sonra da doğma Azərbaycanın yeni zirvələr fəth etməsi və əzəmətli qələbələr qazanması yoluna gur işıq saçacaq. 

Bu müqəddəs irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının şərəfli vəzifələrindəndir.


     Elçin Tağıyev

     Mubarizciler.az



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar