Xəbər lenti

Ordumuz Naxçıvanda təlim keçirdi - Video 0

Tarix: 06-04-2023 17:46     Baxış: 1 302

Naxçıvanda komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən bildirlib ki,  təlimin gedişində hava hücumundan müdafiə bölmələri şərti düşmənin aviasiya vasitələrinin aşkarlanması və izlənməsi üzrə praktiki fəaliyyətləri yerinə yetirib.

Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində xüsusi təyinatlı qruplar tərəfindən düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın keçirilib. Mövqelər ələ keçirildikdən sonra irəliləmə marşrutlarında şərti düşmənin yaxınlaşan ehtiyatlarına pusqular qurularaq hərəkətləri məhdudlaşdırılıb və irəliləməsinin qarşısı alınıb.

 

Yaranmış vəziyyətdən yararlanaraq mexanikləşdirilmiş bölmələr artileriya atəşinin dəstəyi ilə düşmənin müdafiəsinin dərinliyinə irəliləyərək əlverişli hədləri ələ keçirib.

Xüsusi təyinatlı, artileriya, hava hücumundan müdafiə, rabitə, təminat və mexanikləşdirilmiş bölmələrin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimdə qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar