Deputat Şəhid anasını ad günü münasibətilə təbrik etdi - FOTO 0
Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Goranlı kəndində şəhid ailələri ilə görüşüb, şəhid İxtiyar Əliyevin anasını ad günü münasibətilə təbrik edib.
Mubarizciler.az xəbər verir ki, millət vəkili görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış zəfərimizdən danışıb və torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan oğullarının şücaətini yüksək qiymətləndirib. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Anar Məmmədov onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirib, eləcə də onları narahat edən bəzi məsələlər barədə danışaraq öz suallarını deputata ünvanlayıblar.
Sonda deputat bir daha şəhid ailələrinin üzvlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirib.
Xəbəri paylaş