Xəbər lenti

Adil Kərimli şiddətli töhmət verdiyi rəisi işdən çıxardı 0

Tarix: 05-04-2023 15:07     Baxış: 1 376


Mədəniyyət Nazirliyində idarə rəisi işdən çıxarılıb.

Mubarizciler.az-ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir ay əvvəl Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 

Mədəniyyət Nazirliyi məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Beybala oğlu Musayevə aprelin 4-dən üç ay müddətinə həmin idarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq həvalə edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar