Xəbər lenti

DTX-yə yeni səlahiyyət verildi 0

Tarix: 04-04-2023 19:30     Baxış: 927

İstintaq təcridxanalarının daxili intizam Qaydalarına dəyişiklik edilib.

Mubarizciler.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, istintaq təcridxanalarında saxlanılan şəxslərin yerləşdirilmə həddi müvafiq olaraq Azərbaycan Respublikasının ədliyyə naziri (Naxçıvan Muxtar Respublikasının ərazisində—Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi tərəfindən müəyyən ediləcək.

Əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi belə səlahiyyətə malik olub.

Nazirlər Kabinetinin qərarı ilə artıq Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar