Xəbər lenti

Bu, dostluq və qardaşlığımızın təzahürüdür - Prezident 0

Tarix: 04-04-2023 17:16     Baxış: 1 087

Türkiyənin ilk yerli “Togg” elektromobilinin ikincisinin ölkəmizdə olması dostluq və qardaşlıq münasibətlərimizin təzahürüdür.

Mubarizciler.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən deyib.

Dövlətimizin başçısı qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəlib və “Togg”un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir.

Prezident İlham Əliyev əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş türk xalqına təbriklərini çatdırıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar