Xəbər lenti

Əməkdar məşqçi, “Şöhrət” ordenli, "Tərəqqi" medallı Elçin Zeynalovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO 0

Tarix: 03-04-2023 22:31     Baxış: 697

Əməkdar məşqçi, “Şöhrət” ordenli, "Tərəqqi" medallı Elçin Zeynalovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Əməkdar məşqçi, “Şöhrət” ordenli, "Tərəqqi" medallı Elçin Zeynalovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev,  Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Millət vəkili Müşfiq Cəfərov,  Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, ADAU-nun rektor əvəzi, şəhərin idman ictimayyətinin nümayəndələri, ziyalılar və təhsil işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Elçin Zeynalovun şərəfli ömür yolundan bəhs edərək onun Dünya və Avropa çempionatlarının, Dünya Kubokunun qalibi olan yetirmələrindən söz açıb, 75 illik yubileyi münasibətilə təbrik edərək, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıblar.

Elçin Zeynalov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşəkkürnamə və hədiyyələrlə təltif olunub. 


Tədbirdə istedadlı şagirdlər tərəfindən müxtəlif musiqi nömrələri ifa olunub.

Sonda Elçin Zeynalov ölkədə idman sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar