Xəbər lenti
10-09-2025, 09:44
 

Cüdoçumuz “Böyük dəbilqə”nin finalında 0

Tarix: 02-04-2023 00:27     Baxış: 1 371

Azərbaycan cüdoçusu Səid Mollayi Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin finalına yüksəlib.

Mubarizciler.az xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.

Təmsilçimiz qızıl medal uğrunda görüşdə belçikalı Mattias Kasse ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Zelim Tçkayev səkkizdəbir finalda fransalı Alfa Umar Caloya məğlub olub.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan çüdoçularımız Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Nurlan Osmanov təsəlliverici qarşılaşmada Moldova idmançısı Adil Osmanova qalib gələrək bürünc medal uğrunda görüşdə məhz H.Heydərova rəqib olub.

Aprelin 2-də yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar