Xəbər lenti

Boluslu kənd tam orta məktəbdə " 31 mart- Azərbaycanlıların Soyqırımı Günü " ilə əlaqədar tədbir keçirildi 0

Tarix: 31-03-2023 20:42     Baxış: 1 039

31.03.2023-cü il tarixində Boluslu kənd tam orta məktəbdə " 31 mart- Azərbaycanlıların Soyqırımı Günü " ilə əlaqədar tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasın Dövlət Himni ilə açıq elan olundu.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edənlər qeyd etdilər ki, XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti və yaşadığımız acı tarix heç vaxt unudulmayacaq.

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

 Tədbirdə şagirdlərin ifasında səslənən şeirlər dinlənildi,kompozisyalar nümayiş olundu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar