Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən N.Cəfəri saxlanıldı - FOTO 0

Tarix: 31-03-2023 01:42     Baxış: 1 496

Bir qrup şəxs tərəfindən qanunsuz təşkil edilən aksiya cəhdində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən Nurlan Cəfəri inzibati məsuliyyətə cəlb edilib.

Mubarizciler az xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbarahim Əmiraslanlı bildirib.

O, qeyd edib ki, paytaxtın Yasamal rayonunda qanunsuz aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb.

Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə N.Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət edilməklə etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərkətlərdən peşiman olduğunu bildirən N.Cəfəri barəsində toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Cəfəri barəsində 15 sutka inzibati tənbeh tədbiri tədbiq edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar