Xəbər lenti

Ağstafada rayon ziyalıları və ağsaqqalları ilə növbəti görüş keçirilib - FOTO 0

Tarix: 30-03-2023 01:22     Baxış: 1 447

Ağstafa şəhərində bir qrup rayon ziyalıları və ağsaqqalları ilə növbəti görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa şəhəri S. Vurğun adına mədəniyyət və istirahət parkında təşkil olunmuş görüşdə İctimai Şuranın sədri Hüseyn Hüseynov, sədr müavini Teymur Əliyev və digər üzvlər, Ağsaqqallar Şurasının üzvləri həmçinin rayon ziyalıları iştirak ediblər. 

Teymur Əliyev çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir ölkəmizdə ağsaqqallar daim yüksək hörmət və nüfüz sahibi olmuş, bu gün vətənpərvər ruhda yetişən gənclərin tərbiyə olunmasında müstəsna xidmətləri olmuşdur. Görüşdə çıxış edən rayon ağsaqqalları Şanlı Qələbəmizdən sonra Azərbaycan özünün mühüm inkişaf dövrünə qədəm qoyması, həmçinin, ölkə rəhbərliyinin əhalinin sosial rifahının artırılması yolunda göstərdiyi xidmətdən dolayı cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə Ağstafa rayonunda abadlıq-quruculuq, sosial-iqtisadi, ictimai, mədəni sahələrdə icra olunan işlərlə bağlı müzakirələr aparılıb, ağsaqqalların tövsiyyə və müraciətləri dinlənilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar