Xəbər lenti
8-05-2026, 14:49
 

SON DƏQİQƏ: Deputat dünyasını dəyişdi - FOTO 0

Tarix: 29-03-2023 16:10     Baxış: 5 360

Azərbaycanda keçmiş deputat vəfat edib.
 III çağırış Milli Məclisdə Ağsu rayonu təmsil etmiş Ərəstun Cavadov dünyasını dəyişib.

Bakıdakı Mərkəzi Univermağın (MUM) sahibi olan Ə.Cavadov eyni zamanda xeyriyyəçi kimi də tanınıb.

Ərəstun Nurəddin oğlu Cavadov 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib.

1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, «Azərgeyimticarət» Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıb.

1998–2005-ci illərdə «Mərkəzi Univermaq» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olub.

2005-ci ildə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.  O, hakim Yeni Azərbaycan Partiyasının üzvü idi

Evli idi, 1 övladı var.

Allah rəhmət eləsin.

Modern.az



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar