Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 

"Qalatasaray"ın prezidentindən Azərbaycana TƏŞƏKKÜR 0

Tarix: 28-03-2023 23:11     Baxış: 1 203

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı funksionerin adından klubun rəsmi tviter hesabında təşəkkür məktubu paylaşılıb.

"Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram", - məktubda qeyd olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar