Xəbər lenti

İranlı general yenidən Azərbaycan sərhəddində 0

Tarix: 28-03-2023 18:49     Baxış: 994

İranın Sərhəd Qoşunlarının komandanı general Əhməd Əli Kuderzi Azərbaycanla sərhədə gəlib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

İranlı general sərhəddən Azərbaycan və Ermənistana mesajlar verib.

“Biz qonşularımıza qarşılıqlı hörmətlə yanaşırıq. Azərbaycanla Ermənistan arasındakı problemin diplomatik yolla həll ediləcəyinə ümid edirik. Bütün dünyada müharibələrin olması və qan tökülməsi məsələnin həllinə kömək etmədi. Bəzi qonşularımızın problemi diplomatik yolla həll etmək üçün bölgədə təhlükəsizliyin təmin edilməsini istəyirik və bunu tövsiyə edirik”,- deyə Əhməd Əli Kuderzi bildirib.

Qeyd edək ki, İran Naxçıvanla sərhəddə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu məqsədlə 300-dən çox hərbi texnikanın və canlı qüvvənin Poldəşt şəhərinə gətirildiyi deyilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar