Goranboyda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO 0
Goranboyda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Goranboy Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
İdarədən Mubarizciler.az - a bildirilib ki, idarə rəhbərliyinin də iştirakı ilə Goranboy rayonu ərazisində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı yüzlərlə ağac əkilib.
Kollektivin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər görülür, xüsusilə, Goranboy rayonunun “ağciyəri” sayılan yaşıl guşələrin dairəsi genişləndirilir, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir.
Goranboy Suvarma Sistemləri İdarəsinin kollektivi də könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edir və belə tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş