Xəbər lenti
18-11-2024, 12:06
 

Ordumuz əməliyyatlara davam edəcək - Bu, hələ başlanğıcdır! 0

Tarix: 27-03-2023 13:55     Baxış: 994

Martın 25- də Azərbaycan ordusu Xankəndi-Xəlfəli-Turşsu yoluna nəzarəti ələ alıb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimala keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.

"Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib", - Nazirlik qeyd edib.

Açlıqlamadan görünür ki, Azərbaycan ordusu ermənilərin Laçın yoluna paralel olan torpaq yoldan istifadə etməsinin qarşısını almaq məqsədilə kiçik əməliyyat keçirib.

Azərbaycan ordusunun bu əməliyyatının təsirləri necə olacaq? Ermənilər təxribatlara davam edərsə, daha geniş miqyasda əməliyyatlar ola bilərmi?

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Qarabağda bir neçə alternativ yol var.

"Dağlıq və meşəlik ərazilərdə qar əridikdən sonra bəzi yollar və cığırlar üzə çıxa bilər. Laçın dəhlizi 5 kilometr enində olan bir yoldur. Mən düşünürəm ki, bir neçə alternativ yol var. Bütün bunlara baxmayaraq Azərbaycan ordusu hər bir yolu nəzarətdə saxlayır. Bundan sonra da proseslər bu cür inkişaf edəcək. Nəzarət mexanizmlərinin əsas məqsədi daşınan yüklərin, gediş-gəlişin yoxlanılması və qanunsuz silahların daşınmasının qarşısını almaqdır",- deyə o bildirib. 

 

Ş.Ramaldanov vurğulayıb ki, nəzarət-buraxılış məntəqələri Azərbaycan-Ermənistan sərhədində quraşdırılmalıdır:

 

"Hazırda ekofəallarımız Laçın dəhlizinin bir hissəsində dayanıblar. Bunu da əslində bir növ nəzarət kimi qəbul etmək olar. Dəhlizdə nəzarət-buraxılış məntəqəsinin yaradılması isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan hədəfdir. Ümumiyyətlə Laçın dəhlizinin nəzarətə alınması Azərbaycan-Ermənistan sərhədindən başlamalıdır. Çünki biz belə olduğu təqdirdə gəliş-gedişə və bütün daşınmalara nəzarət edə biləcəyik. Bu məsələ gündəmdədir və düşünürəm ki, proses bitdikdən sonra hansısa əlavə nəzarət məntəqələrinə ehtiyac qalmayacaq. Qarabağda hər hansısa bir antiterror əməliyyatı ilə bağlı qərar isə Prezident İlham Əliyevin səlahiyyətindədir. Azərbaycan ordusu bütün əməliyyatları həyata keçirmək gücünə qadirdir. Separatçıların bütün təxribatlarına qarşı Silahlı Qüvvələrimiz adekvat cavab tədbirləri görəcək".


Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin son əməliyyatı qəti mövqeyimizin təcəssümüdür.


"Biz uzun müddət xəbərdarlıq edərək gözləmişik. Bütün bunlar nəticə vermədiyi üçün öz qəti addımımızı atmışıq. Xankəndi-Xəlfəli-Turşsu yoluna ordumuz tərəfindən nəzarət edilməsi prinsipial mövqeyimizin göstəricisidir. Bu cür əlavə yollarda post qurmağımız qanunsuz yükdaşımaların qarşısını almaq üçün vacibdir. Azərbaycan öz torpaqlarında hərəkət edir və bizi heç kim dayandıra bilməz. Bizə qarşı olan qüvvələr baş verən son prosesləri analiz edib, yaxşı dərk etməlidirlər. Ancaq biz belə addımları çox ehtiyatla atmalıyıq. Çünki biz Rusiya ilə savaşa girmək niyyətində deyilik. Bundan sonra da istəklərimiz yerinə yetirilməsə, Azərbaycan tərəfindən praktiki addımlar atılacaq",- deyə o bildirib.

 


F.Sadıqov vurğulayıb ki, ötən günlərdə baş verənlər hələ başlanğıcdır: "Son əməliyyatı ilk addım kimi qəbul etmək olar.  Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verənlərin Laçın dəhlizində də təkrarlanması istisna deyil. Çünki ora bizim ərazimizdi və istənilən addımı atmaq hüququna malikik. Təbii ki, düşmənlərimiz 10 noyabr sazişini misal gətirərək baş verən hadisələrin guya haqsız olduğunu söyləyəcəklər. Ancaq onların hər biri bilir ki, bəyannamənin şərtlərini yerinə yetirməyən tərəf elə Ermənistanın özüdür. Yəni Paşinyan və komandası Azərbaycanı bu cür addımlar atmağa məcbur edir. Bizim milli maraqlarımız hər şeydən öndə gəlir. Ümumiyyətlə biz antiterror əməliyyatının aparılmasına hər zaman hazır olmalıyıq. Dövlətimizə real təhlükə yaranarsa, bu əməliyyatı həyata keçirəcəyik və bunun üçün də heçkəsdən icazə almayacağıq. Azərbaycan öz torpağında separatçıların rahat hərəkət etməsinə izn verməyəcək". 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar