Xəbər lenti
17-04-2024, 11:13
 

Elşən Cahangir oğlu İbrahimovun doğum günüdür 0

Tarix: 27-03-2023 10:03     Baxış: 666

Elşən İbrahimov Cahangir oğlu 2002-ci il 27 martda Şəki şəhərində anadan olub.

2008-ildə Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə birinci sinifə gedib. Həmin məktəbi 2019-cu ildə bitirmiş və Bakı sosial iqtisad kollecində bank işi ixtisasına qəbul olub. Həmin ilin ikinci yarımilində isə kollecini dəyişərək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə daxil olub.

  Elşən İbrahimov 2020-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb.

  Azərbaycan Ordusunun əsgəri olan Elşən İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə savaşıb. Elşən İbrahimov oktyabrın 4-də Tərtər rayonunda gedən döyüşlər zamanı şəhid olub. Şəkidə dəfn edilib.

   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

   Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi   uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Mubarizciler.az



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar