Xəbər lenti

"Qarabağ" - "Qalatasaray" oyununda ikinci hissə - VİDEO (YENİLƏNİR) 0

Tarix: 26-03-2023 21:19     Baxış: 724

“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyununun ikinci hissəsi başlayıb.

 

Qeyd edək ki, FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı “Qalatasaray” açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib.

 

Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

***

"Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab bərabərləşib.

Mubarizciler.az xəbər verir ki, “Qarabağ”ın oyunçusu Redon Cica 18-ci dəqiqədə fərqlənib.

20:06

 

"Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb. 

 

Mubarizciler.az  xəbər verir ki, 4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

 

***

20:00

Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu başlayıb.

Mubarizciler.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.

“Qalatasaray”ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxıblar.

Oyunu FIFA referisi Əliyar Ağayev idarə edir. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərirlər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirir. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyevdir.

Qeyd edək ki, görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar