Xəbər lenti
18-11-2024, 12:06
 

Elçin İsmayılov: Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir 0

Tarix: 26-03-2023 16:24     Baxış: 1 154

Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir


Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Və martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformada liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Zirvə görüşündə çıxış edən cənab Prezident bir-çox mühüm məsələlərə münasibət bildirmiş və mesajlar vermişdir.

Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadlarının Azərbaycan xalqını olduqca kədərləndiyini bildirərən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim birbirinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Azərbaycan Prezidenti Fövqəladə Zirvə görüşündə çıxışı zamanı Türkiyədə baş verən təbii fəlakət hər birimizi sarsıtdı. Və bir millət, iki dövlət olan, dünyada olmayan sarsılmaz, əbədi, bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə ağrı-acılarını da, xoş günlərini də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə sevinirlər. Və elə qardaş ölkənin bu çətin günündə də ilk yanında olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevə, həmçinin Azərbaycan xalqı oldu.

Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Çünki Azərbaycan-Türkiyə qardaşlığı, birliyi, həmrəyliy sınaqlardan çıxmış bir milləçt, iki dövlətdir! Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

Qardaş Türkiyənin artan beynəlxalq nüfuzundan danışan cənab Prezident bildirmişdir ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.

Bildirilmişdir ki, torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerləyeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. 2 Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.

Cənab Prezident Türk dünyasının daha geniş coğrafiyaya malik olduğunu bildirərək qeyd etmişdir ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.

Zirvə görüşündə qəbul edilən Bəyannamədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları gələcək fəaliyyətlə bağlı əsas prioritetləri təsdiqlədilər. Diqqət çəkən mühüm müddəalardan biri “Türk Dünyasına Baxış 2040” sənədinə uyğun olaraq Türk Dövlətləri Təşkilatı regionunda və dünyada təbii fəlakətlərin qarşısının alınması və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın, koordinasiyanın zəruriliyi məsələsidir. Bəyannamədə Zirvə görüşünün Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada keçirilməsi xüsusi vurğulanır. Bu, ölkəmizin türk dünyasının birliyinə, həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilir və bu Azərbaycanın növbəti uğurudur. Zirvə görüşü göstərdi ki, türk Dövlətləri Təşkilatı artıq formalaşmış bir təşkilata şevrilib və bu qurum bundan sonra da beynəlxalq münasibətlərdə fəal rol oynamaq niyyətindədir

Bir sözlə, belə nəticəyə gəlmək olar ki, Türk Dövlətləri Təşkilatı bu təşkilatın əhatə etdiyi geniş bir coğrafiyada ölkələr və xalqlar arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin dinamik inkişafina getdikcə daha çox təsir edəcəkdir.

Elçin İsmayılov,

Yeni Azərbaycan Partıyası Goranboy rayon təçkilatının sədri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar