Xəbər lenti
18-11-2024, 12:06
 

Rəfael Əliyev: Azərbaycan – Almaniya əlaqələri daha da dərinləşməkdədir 0

Tarix: 26-03-2023 16:23     Baxış: 1 200

Azərbaycan – Almaniya əlaqələri daha da dərinləşməkdədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Qeyd edək ki, Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ötən il fevralın 15-də Prezident İlham Əliyev Almaniya Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Eləcə də bu il yanvarın 13-də iki ölkənin Prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı Prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Cənab İlham Əliyev, həmçinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşərək ölkəmizin iqtisadi imkanları barədə geniş məlumat verdi və almaniyalı iş adamlarını ölkəmizə dəvət etdi. Azərbaycan bu gün enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunda mövcud imkanları ilə diqqətdədir. Hazırkı dövrdə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlar da geniş təhlil olunur. Bugünümüzün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi imkanları günbəgün artır. Cənab İlham Əliyevin Almaniyaya səfəri zamanı qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlərdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçımızın Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə 3 saata yaxın görüşü mövcud imkanlar əsasında qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsində mühüm rol oynadı. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Sözügedən səfər iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız yaxın gələcəkdə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq edəcəkdir. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir”.

Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də, Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da, xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir. Dövlət başçımızın dəfələrlə söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycandünyada çox etibarlı və ciddi tərəfdaş kimitanınır.Beləliklə, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora çevrilib və Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaqdır.

Rəfael Əliyev,

YAP Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar