Sovet İttifaqı Qəhrəmanı Musayev Mərdan Məmməd oğlunun vəfat etdiyi gündür 0
25 mart Sovet İttifaqı Qəhrəmanı Musayev Mərdan Məmməd oğlunun vəfat etdiyi gündür.
Mubarizciler.az xəbər verir ki, Mərdan Musayev 1 yanvar 1907-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur.
1941-ci ildə Tovuz RHK-dan orduya çağırılmışdır. 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olmuşdur.
O, Borisovv şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənmişdir.
1944-cü ilin 9 martından 10 martına keçən gecə bir qrup döyüşçüyə Dnepr çayını keçərək, sağ sahildəki düşmənin mövqeyini müəyyənləşdirmək əmri verildi. Musayev sahili ilk üzərək, keçənlər arasında idi. Düşmən atəşləri altında irəliləyən baş serjant tezliklə düşmənin yerləşdiyi nöqtəyə çataraq, dəzgahlı pulemyotunu məhv etdi. Və nəticədə sovet qoşunlarının irəliləməsi üçün yol maneələrdən azad edildi.
1944-cü ilin 13 martında İnqulets çayı yaxınlığında Musayev batalyon komandirinin həyatını sinəsini qabağa verərək xilas etdi. Elə həmin döyüşdə də o, sərrast atəşlə alman zabitini və 7 sıravi əsgəri zərərsizləşdirmişdi.
"Sevçenko" adına sovxoza hücum zamanı sovet ordusunun qarşısını daha bir dəzgahlı pulemyot kəsdi. Qorxmaz baş serjant irəli atılaraq, yaralı olduğu halda düşmən üzərinə dayanmadan atəş açaraq, tez bir zamanda bu dəzgahlı pulemyotu ələ keçirdi. Mərdan Mustafayev bu vuruşmada 20 hitlerçini məhv etdi.
Uzun müddət müharibəədn sonra ticarət sistemində çalışmışdır.
İgidlik və cəsurluq göstərdiyinə görə Şöhrət ordeninin 1,2,3-cü dərəcələri ilə təltif olunmuşdur. Bundan başqa o Lenin ordeni ilə də təltif edilmişdir.
SSRİ Ali Sovetinin fərmanı ilə baş serjant Musayev Mərdan Məmməd oğluna 3 iyun 1944-cü il tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Xəbəri paylaş