Xəbər lenti
18-11-2024, 12:06
 

Brüsseldə İrana qarşı BƏYANAT qəbul edildi 0

Tarix: 25-03-2023 20:13     Baxış: 680



Brüsseldə İrana qarşı BƏYANAT qəbul edildi


Brüsseldə azərbaycanlıların İrana qarşı keçirdiyi “Azadlıq, Ədalət, Milli Hökumət Yürüşü”nün yekun bəyanatı və tələbləri ictimaiyyətə çatdırılıb.

Mubarizciler.az xəbər verir ki, bəyanatda deyilir:

"Yüz ilə yaxındır ki, İranı idarə edən şovinist və faşist hökumətlər qeyri-fars millətlərə qarşı müstəmləkəçilik və istismar siyasətini ən ifrat şəkildə həyata keçiriblər. Bu yüz il ərzində İranda zülm altındakı xalqların sivilizasiya, tarixi sərvətlər, iqtisadiyyat, təbii sərvətlər, siyasi hüquqlar və bir sözlə varlığı talan edilmiş və onların hər hansı bir haqq hüquq tələbi uğrunda başlatdığı hərəkatları ən şiddətli şəkildə repressiyaya məruz qalmışdır.

Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan Türk Millətinə və İranın digər Türk toplumlarına ən ağır təzyiqlər göstərmiş, hətta Azərbaycanın tarixi abidələrini sistemli şəkildə məhv etməyə qədər gedib çıxmışdır. Azərbaycan Türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə Pəhləvi rejiminin devrilməsində mühüm rol oynadı, lakin təəssüf ki, İslam Respublikası rejimi dövründə nəinki heç bir şey düzəlmədi, hətta milli faşizmə irqi faşizm də əlavə olundu.

Məşrutə İnqilabından bu yana davamlı olaraq öz hüquqları uğrunda mübarizə aparan Azərbaycan Türk Milləti 1979-cu il inqilabında Vilayət-i-Fəqih sisteminə yox demiş, Məşrutiyyət anayasasının mütərəqqi Əyalət və Vilayət Əncümənləri qanunun həyata keçirilməsini tələb etsə də, rejimin cavabı güllə və repressiyadan başqa bir şey olmamışdır.

Hazırda İslam Respublikası rejiminin iflas həddinə çatmışdır və hər cür böhranla qarşı-qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar aylardır rejimə qarşı üsyan ediblər. Son aylardakı etirazlarda Azərbaycan Türk Milləti və digər Türk toplumlar, Qaşqay Türklərindən tutmuş Tehran, Qəzvin, Zəncan və Təbrizə qədər yüzlərlə övladını bu cinayətkar rejimə qarşı mübarizə yolunda qurban veriblər.

Bu gün İranda bütün məzlum xalqlar ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində öz pozulmuş hüquqlarını bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər.

Səbəbsiz deyil ki, bu gün dünyanın gözü İran xalqlarındadır və dünya onların mübarizəsinə heyranlıqla baxıb onu yüksək qiymət verir. Hərçənd bu inqilabda da ayrı-seçkilik və ikili standard az deyildir. Xüsusən də mürtəce bir cərəyanın inhisarında olan xaricdəki farsdilli mediasının məzlum xalqlara xüsusən də Güney Azərbaycan Türk Millətinə qarşı ritorikası onların mübarizələrini boykot etməkdə və senzura tətbiq etməkdə rejim mediasından çox da fərqli siyasət götürmür.

Son aylarda beynəlxalq sahədə, o cümlədən Türk Dövlətləri Təşkilatında Güney Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə dövlət adamı Prezident İlham Əliyev olmuşdur. Biz buradan prezident cənablarından təşəkkür edib minnətdarlığımızı bildiririk və möhtərəm prezidentdən Güney Azərbaycanın səsini daima əks etdirməsini, beynəlxalq sahələrdə haqqımızı müdafiə etməyə davam etməsini xahiş edirik.

Bu gün Güney Azərbaycan şəhərlərinin küçələrində “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə həyatları bahasına hüquqlarını bağıran gənclərin səsi olmaq üçün buraya toplaşmışıq. Bu gün İranda bütün məzlum xalqların bir sıra ortaq məqsədləri və tələbləri olsa da ancaq hər bir xalqın öz tələbləri vardır. Güney Azərbaycan Türklərinin başlıca tələblərinin bu bəyanat vasitəsilə elan edirik:

1- Biz bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini rədd etməyə və İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini dayandırmağı tələb edirik.

2- Biz İranın orta əsr zehniyyətli və şovinist rejiminin nüvə və kütləvi qırğın silahları əldə etmək cəhdlərini pisləyirik və bunu təkcə demokratik dünya və qonşu ölkələr üçün deyil, hətta İranda yaşayan xalqların varlığı üçün potensial təhlükə hesab edirik. Ona görə də, biz dünya dövlətlərindən İran rejimi ilə razılaşma siyasəti aparmaqdan vazkeçib ciddi qabaqlayıcı tədbirlər görmələrini tələb edirik.

3- İran rejimi ölkədə dinc etirazlar zamanı minlərlə günahsız insanı həbs edib. Aksiya iştirakçılarına qarşı şiddətli repressiya sərgiləyib. Biz beynəlxalq ictimaiyyat və insan haqları təşkilatlardan İranda həbsdə olanların azad edilməsi üçün İran rejiminə qarşə təzyiq göstərməyi vəbu istiqamətdə lazimi atdımları aparmağı tələb edirik.

4- İran rejimi davamlı olaraq, qonşu ölkələrdə terror aktları törədir və ölkə daxilində olan xarici vətəndaşlra qarşı, adam oğurluğu cinayəti və terror aktları törədir. Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumu da bunun ən son nümunələrindən biridir. Biz bütün dünya ölkələrindən bu məsələyə ciddi yanaşmasını və İran rejiminin əsas hərbi və iqtisadi qolu olan Sepah-ı terror siyahısına salmasını tələb ediririk. Qeryd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu - Sepah, yaxın Şərqdə və hətta dünyada terrorun yayılmasında əsas məsul təşkilatdır.

5- Biz İran rejiminin Azərbaycan Respublikasına qarşı aqressiv ritorikasını və təhdidlərini pisləyir və bütün gücümüzlə Azərbaycan Respublikasının yanında olduğumuzu bildiririk.

6- Biz İran rejiminin Moskvanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsini və Rusiyaya hərbi yardımını pisləyir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik.

7- İran rejimi bilərəkdən qadın və qızlara qarşəı ən qəddar və vəhşi cinayətlərlə əl atır, onlara qarşı kimyəvi hücümlar təşkil edir. Biz azad dünyadan İran rejiminin bu orta əsr vəhşiliyinə biganə qalmamasını və etiraz səsini yüksəltməsini istəyirik .

8- Biz dünya ölkələrindən İran toplumunun plüral və çoxmillətli olduğunu qəbul etmələrini və İran vətəndaşları ilə münasibətlərdə bu məsələni nəzərə almalarını istəyirik. İran coğrafiyası çox millətli və çox mədəniyyətli ölkə olduğuna görə bütün millətlərin dillərinin rəsmi olmasını tələb edirik. Tək millət, tək dil, tək vətən ideolujisinin əleyhinəyik.

9- Biz İran rejiminin qeyri-fars millətlərin və xüsusilə Azərbaycan, Qəşqayi, Türkmən, Xorasan və digər Türklərin assimilyasiyası istiqamətində müstəmləkəçilik siyasətinin davam etdirməsini pisləyirik.

10- İranda müstəmləkəçiliyə məruz qalan xalqların beynəlxalq qanunlar və hüquq çərçivəsində öz müqəddəratlarını təyin etmə tələbləri var. “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı bu gün Güney Azərbaycanda, Qaşqyilərdə ,Türkmənlərdə ən çox eşidilən və əslində tələblərimizi yekunlaşdıran şüardır. Dünyanın azadlıq sevər insanlarından biz türklərin qanuni tələblərinin əldə edilməsi uğrunda mübarizəmizə dəstək verməsini istəyirik.

11- İran rejimi təbiət və ətraf mühitin qatilidir. Bu rejim bütün İranda təbiəti və ətraf mühiti məhvni edib. Urmiyə gölünün qəsdən qurudulması Güney Azərbaycanda genişmiqyaslı ekoloji fəlakətə çevrilibş on milyonlarla insanın həyatına təhlükə yaradılıb və ətrafda olan bütün canlılara və ekologiyaya ciddi ziyan vurur. Biz beynəlxalq ictimaiyyətdən Urmu gölünü xilas etmək üçün çox gec olmadan İran rejiminə təzyiq göstərmələrini istəyirik.

12- Son etirazlar zamanı Güney Azərbaycanda və İranın digər Türk bölgələrində özəlliklə Qəşqayi Türkləri arasında çox sayda gəncimiz şəhid olub yüzlərlə yaralı və minlərlə soydaşımız qanunsiuz həbs edilib. Bunlar hamisi daxili və xarici İran opozision qüvvələri media qurumlarlı tərəfindən baykot olunaraq, geniş şəkildə gündəmə gətirilməyib. Biz Azərbaycan Türklərinə və İranda yaşayan digər Türklərə qarşı belə ayrı seçkilik siyasəti pisləyirik və şiddətlə qınayırıq.


Azadlıq, Ədalət, Milli hökumət


Yaşasın azadlıq və ədalət


Məhv olsun orta əsr zehniyyətli İran İslam Respublikası

Azadlıq və Ədalət Yürüşü - Brüssel, 25 mart 2023"



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar