Xəbər lenti

Türkiyə millisi Ermənistana gedib 0

Tarix: 24-03-2023 18:00     Baxış: 921

2024-cü il Avropa çempionatının seçmə mərhələsinin D qrupunun ilk oyununda Ermənistanla səfərdə qarşılaşacaq Türkiyə Milli Futbol Komandası İrəvana gedib.

Mubarizciler.az  xəbər verir ki, bu barədə “CNNTurk” məlumat yayıb.

İstanbul hava limanından qalxan təyyarə ilə saat 14:20-də Ermənistanın paytaxtı İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanına gələn türkiyəli futbolçular onlar üçün ayrılmış avtobusla qalacaqları hotelə gediblər.

Hava limanının çıxışında jurnalistlərə qısa açıqlama verən Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi bunları deyib: "Sabah ilk oyunumuzu oynayacağıq. Yaxşı bir başlanğıc etmək istəyirik. 2024-cü il Avropa çempionatı Almaniyada keçirildiyinə görə bizim üçün son dərəcə əhəmiyyətlidir. Almaniyada çoxlu türk var. Ümid edirəm ki, texniki komandamız və futbolçularımız sabah burada, çərşənbə axşamı isə Bursada ən yaxşı nəticəni qazanmaq üçün mübarizə aparacaqlar. Məqsəd Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməkdir. Beləliklə, ən çox tamaşaçı kütləsinə çata və öz evimizdə oynayırmış kimi oyunlarımızı keçirə bilərik. Komandamızın əhval-ruhiyyəsi çox yaxşıdır".



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar