Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 

Cüdoçumuz yarımfinala yüksəldi 0

Tarix: 24-03-2023 14:30     Baxış: 1 160

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

Mubarizciler.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda qazaxıstanlı Kanat Seilkhanla üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulun müqavimətini qırmağa çalışacaq.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar