Xəbər lenti
25-07-2026, 19:27
 

Azərbaycanəsilli yazar Türkiyədə deputatlığa namizəd oldu 0

Tarix: 22-03-2023 18:21     Baxış: 1 240

Azərbaycanəsilli araşdırmaçı-yazar, Anka Türk Birliyinin sədri, Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi Dərya Akdəmirin mayın 14-də qardaş ölkədə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınıb.

 Bu barədə “Report”a açıqlamasında onun özü məlumat verib.

O bildirib ki, parlament seçkilərində iştirak etmək üçün İstanbul üçüncü seçki dairəsindən müstəqil olaraq namizədliyini irəli sürüb və Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər qəbul olunub.

D.Akdəmir Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili olmaq arzusunu belə əsaslandırıb:

"Türkiyə parlamentində bir Azərbaycan türkü olaraq təmsil edilməkdə məqsədim Türkiyə-Azərbaycan, eləcə də digər türkdilli dövlətlər arasında əlaqələrinin inkişafına bacardığım qədər dəstək verməkdir".



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar