Xəbər lenti

Hərbi hissələrdə “Valideyn görüşləri” keçirilib - FOTOLAR 0

Tarix: 22-03-2023 18:05     Baxış: 1 358

Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin, mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saхlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması istiqamətində silsilə tədbirlər davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, Novruz bayramı günlərində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində və sərhəd mühafizə bölmələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə “Valideyn görüşləri” keçirilib.

Tədbirlərdə öncə hərbi hissələr barədə ümumi məlumat verilib, yaradılmış xidmət və məişət şəraiti nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və qayğısı nəticəsində ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi, Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlər, ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması vurğulanıb.

Tədbirin sonunda bir qrup hərbi qulluqçuya fəxri fərman və qiymətli hədiyyə, xidmətdə fərqlənmiş hərbi qulluqçuların valideynlərinə isə “Təşəkkür məktubları” təqdim olunub.

Çıxış edən valideynlər yaradılmış şəraitdən razılıqlarını bildirib, övladlarına öz tövsiyələrini veriblər. Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb, valideynlərin rəy və təklifləri dinlənilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar