Xəbər lenti
18-11-2024, 12:06
 

Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb - FOTO 0

Tarix: 18-03-2023 21:06     Baxış: 761



Türkiyənin istiqlal müharibəsi tarixində mühüm rol oynayan Çanaqqala zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimi çərçivəsində Çanaqqala Şəhidliyi ərazisində Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarətə açılıb.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmail Kaşdemir iştirak edərək Azərbaycan abidəsinin önünə çələng qoyublar.

Xatırladaq ki, 24 aprel 2015-ci il tarixində Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə Çanaqqala Şəhidliyi Kompleksində keçirilmiş xatirə tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komplekslə tanışlıq zamanı Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin Çanaqqala Şəhidliyi Kompeksində əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına göstəriş verib.

Tədbirdə səfir Rəşad Məmmədov çıxış edərək Azərbaycan - Türkiyə qardaşlığının tarixin çətin sınaqlarından uğurla çıxdığını qeyd edib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təlimatına uyğun olaraq inşa edilmiş bu abidənin ölkələrimizin birliyinin, həmrəyliyinin simvollarindan biri olacağına əminliyini ifadə edib.

ÇDGTBBİ rəisi İsmail Kaşdemir çıxışında Çanaqqala döyüşünün Türkiyə tarixində roluna toxunub, hər il keçirilən anım mərasiminin Türkiyə Respublikasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyə rəsmisi Azərbaycan abidəsinin Şəhidlik Kompleksinin ən gözəl yerində olduğunu vurğulayıb və bu abidənin iki dövlət arasındakı qardaşlığa töhfə verəcəyinə inamını dilə gətirib.

2022-ci ilin dekabr ayında Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə təməli qoyulan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə 500 metr məsafədə yerləşir və Azərbaycan şəhidləri üçün ayrılan ərazi ümumilikdə 1960 metr kvadrat ərazini əhatə edir.

Abidə layihəsinin eskizi Prezident İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar tərəfindən hazırlanıb. Heykəltəraş Tural Rzaquliyevin layihəsinə əsasən, Bakıda hazırlanmış və milli ornamentlərin əks olunduğu 1800x1900 mm ölçülü bürünc barelyefdə çiyin çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir edilir. Barelyef 3 metr yüksəkliyindəki postament üzərində yerləşir və abidə onu tamamlayan sütunla birlikdə ümumi 13 metr hündürlükdədir. Abidənin rəsmi açılış mərasiminin daha sonrakı tarixlərdə keçirilməsi nəzərdə tutulur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar