Xəbər lenti
25-07-2026, 19:27
 

İcra başçısı Novruz bayramı ərəfəsində Şəhid ailələri ziyarət edib - FOTO 0

Tarix: 18-03-2023 19:45     Baxış: 2 162

Novruz bayramı ərəfəsində Şəhid ailələri ziyarət olunub.

Mubarizciler.az xəbər verir ki, Novruz bayramı ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov Şəhid ailələlərini bayram münasibətilə ziyarət edib.

Bayram münasibətilə öz təbriklərini çatdıran icra başçısı qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir. Həmçinin şəhər rəhbəri bu bayramın müqəddəslik rəmzi olduğunu vurğulayaraq bildirib ki, bu bayram ata-babalarımızın bizə əmanət qoyduğu böyük töhfədir, onu yaşatmaq, qorumaq bizim borcumuzdur. 

Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunublar.

Ziyarət zamanı şəhid ailələrinə bayram sovqatları təqdim olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar