Xəbər lenti
18-11-2024, 12:06
 

Mahiyəddin Mazanov: X Qlobal Bakı Forumu isə universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir 0

Tarix: 16-03-2023 00:59     Baxış: 1 144

X Qlobal Bakı Forumu isə universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir

Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi. Prezident İlham Əliyev bu nüfuzlu beynəlxalq platformada iştirak edərək geniş məzmunlu çıxış edərək dünyanın bir sıra aktual məsələlərinə diqqət çəkdi. Bu aktual məsələlərdən biri də Avropanın üzləşdiyi enerji təhlükəsizliyinin təminatı məsələsidir. Bu məsələ Rusiya-Ukrayna müharibəsi başlayandan sonra xüsusilə aktuallıq kəsb etməyə başalyıb.  Prezident cənab İlham Əliyev X Qlobal Bakı Forumunda vurğuladı ki, ötən ilin iyunundan etibarən enerji təhlükəsizliyi məsələlərində xeyli hadisələr baş verib. Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumu imzalayıblar. Bu əsasda Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər ölkəmiz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdisə, bu il göstərici 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.  Ölkə başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan qaz yataqlarına sərmayələri artırıb. Avropada artan tələbatla əlaqədar Cənub Qaz Dəhlizinə daxil olan TANAP və TAP seqmentlərinin genişləndirilməsi gündəlikdə dayanan məsələdir. Belə ki, TANAP-ın 16 milyard kubmetrdən 32, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər  genişləndirilməsi nəzərdə tutulub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı Azərbaycan 10-dan artıq Avropa ölkəsindən müraciət alıb və bu müraciətlər əsasında işlər aparılır.  Həmçinin Azərbaycan neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Bu gün Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

X Qlobal Bakı Forumunda Prezident cənab İlham Əliyev xatırlatdı ki, ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Bu Saziş əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək və həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Nəticədə isə Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişib, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.

Ölkə başçısı diqqətə çatdırdı ki, IX Qlobal Bakı Forumundan ötən dövr ərzində Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Ölkəmiz yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası Xəzər dənizində Azərbaycanın külək enerjisi potensialı ilə bağlı yekun dəyərləndirməni başa çatdırıb və bu potensialın 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensial da əlavə edilə bilər. Bir sözlə, Azərbaycanın böyük həcmdə bərpaolunan enerji potensialı mövcuddur və bu potensialdan səmərəli istifadə edilməsi üçün planlı işlər həyata keçirlməyə başlanıb.

Mahiyəddin Mazanov,

YAP Goranboy rayon təşkilatının əməkdaşı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar