Xəbər lenti
Dünən, 19:50
 
18-11-2024, 12:06
 

Ürfət Həsənov: X Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır 0

Tarix: 16-03-2023 00:32     Baxış: 1 073

X Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır


Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda çıxışında bu məsələyə toxunaraq deyib: "Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir. ... IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur".

Qeyd etməliyik ki, Prezident İlham Əliyevin çoxşaxəli, davamlı siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycan bu gün təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, sosial rifahı, güclü iqtisadiyyatı, uğurlu xarici siyasəti, reallıqları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və dünyadakı nüfuzu durmadan artır. Burada diqqətçəkən məqamlardan biri isə Azərbaycanın sivilizasiyalararası əməkdaşlığa imza atılan məkana çevrilməsidir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumdakı məzmunlu və əhatəli çıxışı iştirakçıların, ölkə ictimaiyyətinin və KİV-lərin böyük marağına səbəb olub. Hər bir beynəlxalq tədbirdə olduğu kimi bu dəfə də cənab prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışdı. Dövlət başçısı İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki – dinc  və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı. Ölkə Prezidenti artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin timsalında  belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi. Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına ümid etdi. Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi Bakı ədalətin sonda qalib gələcəyinə,  məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə böyük ümid bəslədi. Lakin 2020-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribatlar törədilməsinə cəhdlər göstərməklə Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Belə ki,  Ermənistan silahlı qüvvələrinin  2020-ci il sentyabrın 27-də  Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları  Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri əsasında   əks-hücum əməliyyatına başlaması ilə nəticələndi. Ölkə başçısı ötən dövrdə Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını da bəyan etdi.

Ürfət Həsənov,

YAP Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar