Xəbər lenti
26-09-2026, 12:29
 

Emin Əmrullayev sosial şəbəkə hesabında tələbələrlə bağlı paylaşım edib - FOTO 0

Tarix: 15-03-2023 17:11     Baxış: 1 269

Xəbər verdiyimiz kimi, azərbaycanlı məktəblilər Dəniz Səttarlı və Fidan Qarayeva dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olublar. 

Mubarizciler.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında tələbələrlə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda riyaziyyat və kimya ixtisasları üzrə bakalavr təhsili almaq fürsəti qazanıblar.

Qeyd edim ki, Fidan Qarayeva və Dəniz Səttarlı dəfələrlə beynəlxalq və respublika fənn olimpiadalarının qalibi olublar.

İlbəil dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunan gənclərimizin sayının artması sevindiricidir, qürurvericidir. Şagirdlərimizi bir daha təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”. 

Qeyd edək ki, D. Səttarlı və F. Qarayeva MIT-ə Azərbaycandan bakalavr üzrə daxil olan ilk qız məktəblilərdir. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar