Xəbər lenti

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya agentini tutdu - FOTOLAR 0

Tarix: 15-03-2023 14:57     Baxış: 1 435

Ukrayna Təhlükəsizlik Xidməti Xarkovda ukraynalı pilotlara və xüsusi təyinatlılara qarşı terror aktları hazırlayan Rusiya agentini yaxalayıb.

Mubarizciler.az  "Unian"a istinadən xəbər verir ki, yerli sakin hərbi qulluqçuların müvəqqəti dislokasiya və yaşayış yerlərini, habelə onların hərəkət marşrutlarını müəyyən etməyə cəhd göstərərək, müdafiəçilərin bazalarını və onların maşınlarını gizli şəkildə foto və videoya çəkib.

Bundan əlavə, hərbçilərin yaşadığı evlərdən birinin yaxınlığında Rusiya agentlərinin terror aktları üçün istifadə etməyi planlaşdırdıqları partlayıcı maddələrin olduğu anbar aşkar edilib.

Bildirilib ki, təqsirləndirilən şəxsin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə təmasları onun Rusiya Federasiyası ərazisində yaşayan qohumu vasitəsilə həyata keçirilib. Hazırda araşdırmalar davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar