Xəbər lenti

Naftalanda Şəhid, qazi övladları ilə birgə ilaxır çərşənbə qeyd olunub - FOTO 0

Tarix: 14-03-2023 19:18     Baxış: 918


Naftalanda Şəhid, qazi övladları ilə birgə ilaxır çərşənbə qeyd olunub 

Mubarizciler.az xəbər verir ki, Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Chinar Hotel & SPA Naftalanda şəhid və qazi ailələri ilə “ilaxır çərşənbə” bayramı münasibətilə tədbir təşkil olunub.

Tədbirdə şəhid və qazi ailələri, ŞİH-nin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, digər məsul əməkdaşlar iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən icra başçısı qeyd edib ki, xalqımızın zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı milli varlığın rəmzinə çevrilib. Heydər Əliyev İlində təntənəsi, inkişafı Ulu Öndər Heydər Əliyevin adıyla bağlı olan bu bayramı birlikdə qeyd etməyimiz əlbəttə ki, iki qat bayramdır. Həmçinin, qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonrada millətimiz daha böyük uğurlara və qələbələrə imza atacaqdır.

Tədbirdə, Azərbaycan Respublikasının xalq artisti Şahnaz xanım Haşımova, Azərbaycan Rəqs Kubokunun qalibi, “Cahid” rəqs ansamblı, Nizami Gəncəvinin 880 illik yubleyinə həsr edilmiş Muğam Müsabiqəsində Qran-Pri mükafatına layiq görülmüş Tunar Salahov konsert proqramı ilə çıxış ediblər. 

Həmçinin, hotelin həyətində icra başçısı Şəhid və qazi övladları ilə birgə ağac əkiblər. 

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti, Keçəl və Kosanın şən zarafatları tonqal ətrafına yığışan uşaqlar tərəfindən böyük coşğu ilə qarşılanıb, uşaqlarda xoş bayram əhval ruhiyyəsi yaradıb.

Şəhid ailələri və qazilər ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya uğurlar arzulayıblar.

Sonda Şəhər İcra Hakimiyyəti və “Chinar Hotel & SPA Naftalan” tərəfindən bayram hədiyyələri təqdim edilib, birgə xatirə şəkli çəkilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Çox oxunanlar