Xəbər lenti
Dünən, 19:50
 
18-11-2024, 12:06
 

Səxavət Qədirov: Dövlətçilik tariximizin 34 ili məhz, Ulu Öndərimizin adı ilə bağlıdır 0

Tarix: 13-03-2023 16:27     Baxış: 1 261

Dövlətçilik tariximizin 34 ili məhz, Ulu Öndərimizin adı ilə bağlıdır

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə "Heydər Əliyev İli" kimi daxil olur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Sərəncamı əsasında, bu ilin "Heydər Əliyev İli" kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. Sözügedən Sərəncam, "Heydər Əliyev İli"nin həm nəzəri-metodoloji mahiyyətini, həm də, əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir və gerçək, əhəmiyyətli bir proqramıdır. "Heydər Əliyev İli"nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən Sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də, mükəmməl şəkildə hazırlanmış dövlət Sərəncamını "Heydər Əliyev İli"nin aydın yol xəritəsi də adlandırmaq olar.

Həyatının mənasını canından artıq sevdiyi xalqına və Dövlətinə xidmətdə görən Ümummilli Liderimiz Heydər Əliyev daim böyük ehtiramla, hörmətlə xatırlanır. Tariximizin nadir şəxsiyyətlərindən olan Ulu Öndərimiz özünün siyasi müdrikliyini, zəngin dövlətçilik təcrübəsini, qətiyyətli iradəsini doğma Azərbaycanımızın hərtərəfli inkişafına həsr etmişdir. Dövlətçilik tariximizin 34 ili məhz, Ulu Öndərimizin adı ilə bağlıdır. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə Heydər Əliyevi əbəs yerə dünya şöhrətli siyasi nəhənglərlə müqayisə etmirlər. Çünki o, xalqımızın həqiqi Lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən bu müdrik şəxsiyyət demişdir : “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Məhz, Heydər Əliyev coşğun fəaliyyəti nəticəsində Azərbaycanı bütün dünyaya tanıtdı. Dövlətimizin adı dünyanın ən ali məclislərindən, beynəlxalq təkilatların yüksək tribunalarından eşidildi. Ay-ulduzlu üçrəngli bayrağımız dünyanın dörd bir tərəfində dalğalanmağa başladı. Heydər Əliyev özünün müdrikliyi, siyasi uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi, Liderlik keyfiyyətləri ilə dünya tarixində iz qoyaraq Azərbaycanın simvoluna çevrildi. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində qeyri - adi şəxsiyyət, müdrik, cəsarətli Lider, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi kimi əbədi yer tutmuşdur. Ümummilli Lider Heydər Əliyev respublikamızın ən çətin, ən böhranlı dövründə ölkəmizə sabitlik gətirərək Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi bugünkü davamlı inkişafın təməlini qoydu, regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz  xidmətlər göstərdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə, Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır.

1993-cü ilin iyununda xalqın dəvətini qəbul edərək, əbədi Liderimiz ölkə rəhbərliyinə yenidən qayıdışı ilə xalqımızı xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən qurtardı. “Böyük Xilaskar” Heydər Əliyev tükənməz enerji və dönməz prinsipiallıqla, böyük əzmlə, siyasi iradə ilə öz çiyinlərini bu çətin və mürəkkəb vəzifənin altına verdi və nəticədə ictimai-siyasi sabitlik bərpa olundu, ölkəmiz demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Rspublikada sabitlik, sakitlik bərqərar oldu, mənfur düşmənlərlə atəşkəsə nail olundu, xalqımız sakit, rahat həyat tərzinə qədəm qoydu, nəhəng neft-qaz layihələri həyata keçirildi, sosial rifahımız günbəgün yüksəldi, respublikamızın bütün bölgələrində nəhəng abadlıq, quruculuq işləri vüsət aldı. İşsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində önəmli addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda inamlı addımlarla irəliləməsini təmin etmişdir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın bərqərar olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılır, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələrini uğurla inkişaf etdirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. İnanırıq ki, bundan sonra da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində müstəqil Azərbaycan yeni - yeni uğurlara, nailiyyətlərə, qələbələrə nail olacaqdır.

Səxavət Qədirov,

YAP Goranboy rayon təşkilatının fəal.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar