Xəbər lenti

Yevlaxda “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” adlı tədbir keçirilmişdir - FOTO 0

Tarix: 13-03-2023 11:09     Baxış: 872

Yevlaxda “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” adlı tədbir keçirilmişdir


Yevlaxda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması münasibəti ilə silsilə tədbirlər davam edir. 

MUBARİZCİLER.AZ xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan növbəti tədbir “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” mövzusuna həsr olunub. Maraqlı format əsasında təşkil edilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatları Ağalar Vəliyev, İlham Məmmədov, həmçinin əslən Yevlaxdan olan və Respublikanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən tanınmış ictimai siyasi xadimlər, incəsənət və mədəniyyət nümayəndələri-Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev, Turizm-menecment Universitetinin rektoru  İlham Mədətov, Dövlət İmtahan mərkəzinin aparat rəhbəri Vəfadar Misirov, yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü Zahid Xəlil, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor, Qızıl Qələm, Qızıl Dərviş mükafatçısı, AzTv-nin əməkdaşı İlham Rəhimli, Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbin direktoru, iqtisad elmləri namizədi, dosent Mənsur Bərxudarov, Xarici dil texnologiyaları İnstitutunun direktoru, elmlər doktoru, professor Əfqan Abdullayev, “Azərbaycan” dövlət qəzetinin şöbə redaktoru, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Rəşad Baxşəliyev, Bakı Dövlət Universiteti Hüquq fakultəsinin Beynəlxalq Hüquq kafedrasının dosenti Toğrul Vəliyev, Əməkdar artist, Opera və Balet teatrının solisti, Milli Konservatoriyanın dosenti və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan Əliyeva, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, Hərbi həkim, Daxili Qoşunların Hospitalında şöbə müdiri, mayor Ceyhun Abbasov, Müharibə Veteranı,istefada olan polis polkovniki Əli Vəliyev, eləcə də  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramlarını bildirmişlər. Sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Yevlaxın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanınını da ziyarət edərək məzalarının üzərinə tər qərənfillər düzərək ruhlarına öz ehtiramlarını bildirmişlər.

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir şəhərdəki “KOB Evi”ndə davam etdirilmişdir. Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” adlı videoçarx nümayiş etdirilmişdir. 

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qeyd etmişdir ki, Heydər Əliyev tarixi şəxsiyyət olmaqla bərabər, məhz tarix yaradan şəxsiyyətdir.  Onun yaratdığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyidir. Heydər Əliyevin bioqrafiyası ilə Azərbaycan tarixi biri-birini tamamlayır, daha doğrusu, onun tərkib hissədir. Ümummilli Lider Heydər Əliyevin doğum günü də tariximizin ən parlaq məqamlarındandır. Bu baxımdan Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbirlər silsiləvi və kütləvi xarakter daşıyır. Çünki Azərbaycanda bütün uğurların, nailiyyətlərin müəllifi və banisi məhz Heydər Əliyev olduğundan bu şəxsiyyətə həsr olunan tədbirlər də çoxsaylı, geniş və davamlı olmalıdır.

Anar Tağıyev vurğulamışdır ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin digər şah əsəri həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir, bu məktəbi,bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şəxsiyyətidir. Heydər Əliyevin xaosdan tərəqqiyə yönəltdiyi Azərbaycanı cənab İlham Əliyev tarixinin ən qüdrətli dövrünə çatdırmışdır. Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasını, enerji kəmərləri layihələrini Prezident İlham Əliyev tam realizə etdirərək, Azərbaycanı dünyanın yeni enerji gücünə, ölkəmizi qlobal nəqliyyat-logistik məkana çevirmişdir.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu İnkişafın Azərbaycan modeli, tolerantlıq və multikulturalizmin Azərbaycan nümunəsi, sivilizasiyalararası əməkdaşlığın Azərbaycan platforması, həmçinin ölkəmizin qlobal miyqasda mühüm iqtisadi-siyasi güc kimi qəbul olunması da məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin təntənələridir.

Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlil, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin, Rus məktəbinin direktoru, iqtisad elmlər namizədi Mənsur Barxudarov, Əməkdar İncəsənət xadimi, AzTv-nin əməkdaşı İlham Rəhimli,  “Azərbaycan” qəzetinin şöbə redaktoru, Vətən müharibəsi veteranı Rəşad Baxşəliyev,  Turizm-menecment Universitetinin rektoru İlham Mədətov Ümummilli Lider Heydər Əliyevin Yevlaxla, yevlaxlılarla bağlı mənalı xatirələrindən  geniş söhbət açaraq, məhz hələ sovet dönəmində Ulu Öndərin təşəbbüsü ilə  çətin və gərgin bir zamanda bütün bölgələrimiz kimi Yevlaxın  böyük inkişaf yolu ilə aqrar-sənaye şəhərinə çevrilməsi faktını diqqətə çatdırmışlar. 

Qeyd edilmişdir ki, Heydər Əliyev universal zəka sahibi olmaqla, yüksək mənəviyyatı quruculuq qabiliyyətilə vəhdət təşkil edən tarixi şəxsiyyətdir. Heydər Əliyev hüquqi dövlətin əsas təsisatlarını və atributlarını, konstitusiyanı, prezidentliyi, dövlət rəmzlərini və bütün digər dövlətçilik atributlarını qorumuşdur. Və şübhəsiz ki, dövlətçiliyimizin indiki mərhələyə gəlib çıxmasında Heydər Əliyev şəxsiyyətinin müstəsna rolu olmuşdur. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. söyləməklə başlayan dahi insan nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaradaraq, ölkəmizi ən yüksək inkişaf pilləsinə qaldırmışdır. Xalqımızın xilaskarı olan Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursu bugün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasi fəaliyyətində əks olunur və bütün bunlar bir daha əminlik yaradır ki,  dahi Liderin ideyaları keçmişdə olduğu kimi bundan sonra gələcəkdə də əbədi olaraq milli dövlətçiliyimizin inkişafına xidmət edəcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar