Xəbər lenti

Eyvaz Hüseynov Ağcabədi rayonunda məskunlaşan rayon sakinlərinin müraciətlərini dinləyib Fotolar

Tarix: 12-06-2025 22:08     Baxış: 2 478

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə yerlərdə səyyar qəbullar keçirilir. Keçirilən səyyar qəbulərın məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.  Mubarizciler.az xəbər verir ki, Xocavənd  Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar görüş Ağcabədi rayonunda məskunlaşan xocavəndli məcburi köçkünlərlə  keçirilib.

 Səyyar qəbulda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocavənd  Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov    bildirib ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almışdır. Eyvaz Hüseynov vurğulayıb ki, müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaqdır. Səyyar qəbulda müraciət edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Qəbul zamanı Xocavənd kənd 1 saylı tam orta məktəbin şagirdi, buraxılış imtahanında yüksək nəticə əldə edən Bağırova Aytən Elmir qızı Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamı ilə Fəxri Fərmanla təltif edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar