Xəbər lenti
8-05-2026, 14:49
 

Xocavəndin İcra başçısı vətəndaşların müraciətlərini dinləyib FOTOLAR

Tarix: 22-05-2025 16:36     Baxış: 3 549

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tərəfindən 22 may 2025-ci il tarixdə Yeni Xocavənd qəsəbəsində rayon sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki, görüşdə icra başçısı ilə yanaşı idarə və təşkilat rəhbərləri, sakinlər iştirak ediblər.

 Giriş nitqi ilə çıxış edən Eyvaz Hüseynov sakinləri salamlayaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə rayon sakinlərinə ətraflı məlumat verib. O bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır. Rayonumuzda da abadlıq işləri aparılır. Bu il ərzində rayon sakinlərinin bir qisminin Xocavənd ərazisinə köçü təmin ediləcək. Rayon sakinlərinin sosial rifahına yönəlmiş tədbirlər davam edir və bundan sonra da davam etdiriləcəkdir. Daha sonra rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar