Xəbər lenti

Masallıda "Narkomaniyaya yox deyək!" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib

Tarix: 22-04-2025 22:43     Baxış: 952

Masallı şəhər 3 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək!" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib. 

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azay Ağayev, rayon təhsil sektorunun müdiri Elman Rzayev və digər aidiyyəti qurumların nümayəndələri bildiriblər ki, narkomaniya təkcə ayrı-ayrı fərdlərin sağlamlığına və həyat tərzinə deyil, ümumilikdə genefonda, iqtisadiyyata və cəmiyyətin bütün sahələrinə mənfi təsir göstərən bəladır. Eyni zamanda çox mürəkkəb və sağalmaz fəsadlara səbəb olan bəşəri bir problemdir. Təhsil müəssisələrində və digər kollektivlərlə bu kimi görüşlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. 

Sonra narkomaniyanın zərərli təsirləri barədə videoçarx izlənilib və məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar