Xəbər lenti

Yasamal polisi məktəblilərin qonağı olub FOTOLAR

Tarix: 18-04-2025 15:41     Baxış: 1 561

Yasamal rayonunda yerləşən 31 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” mövzularında maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə iştirak edən Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev narkomanlıq və onun yaratdığı təhlükələrdən danışıb, bu istiqamətdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib, neqativ halların aradan qaldırılması üçün uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir zamanı şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidləri ilə bağlı zəruri məlumatlar da verilib.

Sonda şagirdlərin mövzularla bağlı sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar