Xəbər lenti

Naftalanda “Tariximizin qanlı izləri: Soyqırım siyasəti” mövzusunda tədbir keçirilib - Fotolar

Tarix: 31-03-2025 14:10     Baxış: 777

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalan Reabilitasiya Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “Tariximizin qanlı izləri: Soyqırım siyasəti” mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, sədri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edilib ki, əsrlər boyu xalqımıza qarşı ermənilərin apardığı düşmənçilik siyasəti tarix boyu ağır faciələrə, soyqırımlara və insanlığa sığmayan cinayətlərə səbəb olmuşdur. 1918-ci ilin mart ayında baş vermiş soyqırımın xalqımıza qarşı yürüdülən məqsədyönlü etnik təmizləmə siyasətinin bir hissəsi  olduğu vurğulanıb. 

Bu faciələrə hüquqi-siyasi qiymətin verilməsi və tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən ətraflı bəhs edilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart- Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi bildirilib. 

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı tarixi Qələbənin xalqımızın milli iradəsinin, əzminin və haqlı mübarizəsinin təntənəsi olduğu, soyqırım qurbanlarının və şəhidlərin intiqamının alındığı qeyd edilib. 

Tədbirdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videomaterial nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar